Yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi ilk oxunuşda qəbul olunub

Yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi ilk oxunuşda qəbul olunub Layihə təsdiqlənərsə, 2016-cı il mayın 1-dən qüvvəyə minəcək
Daxili siyasət
29 Dekabr , 2015 14:30
Yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi ilk oxunuşda qəbul olunub

Bakı. 29 dekabr. REPORT.AZ/ Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi layihəsi müzakirəyə çıxarılıb. "Report"un xəbərinə görə, layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov məlumat verib.

O bildirib ki, yeni İnzibati Xətalar Məcəlləsi 40 fəsil, 608 maddədən (əvvəlki 35 fəsil, 458 maddə idi) ibarətdir. Yeni məcəllədə bütün maddələr üzrə müvafiq məsələlər ümumiləşdirilib və konkretləşdirilib.

Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.

Qeyd edək ki, layihə təsdiqlənərsə, 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi