“Yeni Azərbaycan” təşəbbüs qrupu seçici imzalarını MSK-ya təqdim edib

“Yeni Azərbaycan” təşəbbüs qrupu seçici imzalarını MSK-ya təqdim edib 40 mindən çox seçici imzası toplanıb
Daxili siyasət
12 Avqust , 2016 16:08
“Yeni Azərbaycan” təşəbbüs qrupu seçici imzalarını MSK-ya təqdim edib

Bakı. 12 avqust. REPORT.AZ/ Bu ilin sentyabrın 26-a təyin olunan Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən yaradılan “Yeni Azərbaycan” təşəbbüs qrupu imzatoplama kampaniyasını başa çatdırıb.

YAP-dan “Report”a verilən məlumata görə, 124 seçki dairəsini əhatə edən imzatoplama kampaniyası çərçivəsində Seçki Məcəlləsinin müvafiq tələbinə uyğun olaraq, 40 mindən çox seçici imzası toplanıb.

“Yeni Azərbaycan” təşəbbüs qrupu referendum üzrə eyni adlı təşviqat qrupunun qeydə alınması üçün tələb olunan seçici imzalarını Seçki Məcəlləsinin 57, 65, 66 və 68-ci maddələrinın tələblərinə və MSK tərəfindən qəbul edilən təlimata müvafiq olaraq, tələb edilən sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Son xəbərlər

Orphus sistemi