Prezident Yaqub Mahmudovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib

Prezident Yaqub Mahmudovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib Bakı. 9 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik, deputat Yaqub Mahmudovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Daxili siyasət
9 Fevral , 2019 16:23
Prezident Yaqub Mahmudovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib

Bakı. 9 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik, deputat Yaqub Mahmudovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Yaqub Mikayıl oğlu Mahmudov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Y.Mahmudov 1939-cu ilin fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub. 

Son xəbərlər

Orphus sistemi