Yuxarı

YAP üzvlük haqlarının artırılması barədə yayılan xəbərlərə münasibət bildirib

YAP üzvlük haqlarının artırılması barədə yayılan xəbərlərə münasibət bildirib
Siyavuş Novruzov: “Partiyada üzvlük haqqı minimum 1 manatdır”
© Report — Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov

Bakı. 8 yanvar. REPORT.AZ/ “Yeni Azərbaycan Partiyasında üzvlük haqları artırılmayıb. Bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, partiyada üzvlük haqqının məbləği minimum 1 manatdır.

Qeyd edək ki, bəzi saytlarda YAP-da üzvlük haqlarının 1 manatdan 2 manata qaldırılması ilə bağlı məlumat yayılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi