YAP Qax, Zaqatala və Balakəndə regional müşavirə keçirib

YAP Qax, Zaqatala və Balakəndə regional müşavirə keçirib Yeni Azərbaycan Partiyasının (YAP) Qax, Zaqatala və Balakən rayon təşkilatlarının ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəallarının iştirakı ilə müşavirə keçirilib.
Daxili siyasət
8 Oktyabr , 2019 23:13
YAP Qax, Zaqatala və Balakəndə regional müşavirə keçirib
Foto: "Report"

Yeni Azərbaycan Partiyasının (YAP) Qax, Zaqatala və Balakən rayon təşkilatlarının ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəallarının iştirakı ilə müşavirə keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, tədbirdə Baş Nazirin müavini, YAP sədrinin müavini Əli Həsənov və müvafiq rayonların icra başçıları iştirak ediblər.

Ə.Həsənov çıxış edərək müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi kursunu rəhbər tutan Prezident İlham Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, xalqın firavan həyat şəraitinin yaxşılaşdırılması naminə daim milli və dövlət maraqlarından çıxış etdiyini bildirib. Yeni Azərbaycan Partiyasının sıralarında 750 minə yaxın Azərbaycan vətəndaşının birləşdiyini diqqətə çatdıran Ə.Həsənov deyib ki, qarşıda duran məqsəd 27 il əvvəl yaradılan partiyanın şəhər və rayon təşkilatlarının ilk təşkilatlarının fəaliyyətinin daha səmərəli olmasını təmin etməkdən ibarətdir.

Baş Nazirin müavini ölkənin inkişafını və güclənməsini istəməyən qüvvələrin mövcudluğuna toxunaraq, sosial şəbəkələrdə Azərbaycana qarşı qarayaxma kampaniyasının aparıldığını vurğulayıb.

Müşavirədə ictimai-siyasi proseslərdə ərazi ilk partiya təşkilatlarının, partiya fəallarının üzərinə düşən vəzifələr müzakirə olunub, müvafiq tövsiyə və tapşırıqlar verilib. Sonda YAP sıralarına yeni qoşulmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.

Son xəbərlər

Orphus sistemi