YAP Milli Məclis sədrinin seçki dairəsini dəyişdirib

YAP Milli Məclis sədrinin seçki dairəsini dəyişdirib Oqtay Əsədovun deputat seçildiyi 8 saylı Binəqədi birinci Seçki Dairəsindən Aysel İsmayıl qızı Əlizadənin namizədliyi irəli sürülüb
Daxili siyasət
15 Sentyabr , 2015 19:24
YAP Milli Məclis sədrinin seçki dairəsini dəyişdirib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisin sədri Oqtay Əsədovun seçki dairəsini dəyişdirib. 

"Report"un məlumatına görə, hakim partiya O.Əsədovun namizədliyini 45 saylı Abşeron Seçki Dairəsindən irəli sürüb. Hazırda 45 saylı Abşeron Seçki Dairəsini Milli Məclisdə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin rəhbəri Arif Alışanov təmsil edir. 

O.Əsədov 2010-cu ildə keçirilən parlament seçkilərində 8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputat seçilib. 

YAP 8 saylı Binəqədi birinci Seçki Dairəsindən Aysel İsmayıl qızı Əlizadəni namizəd göstərib. 

Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi