YAP Mədəniyyət Nazirliyi ilə birlikdə "Nəsimi ili"nə həsr olunan tədbirlər keçirəcək

YAP Mədəniyyət Nazirliyi ilə birlikdə "Nəsimi ili"nə həsr olunan tədbirlər keçirəcək “YAP-ın 740 min nəfər üzvü var. Partiyanın əhəmiyyətli bir hissəsini gənclər təşkil edir. Həmçinin partiyamızda xeyli sayda Azərbaycanın tanınmış mədəniyyət işçiləri təmsil olunur”.
Daxili siyasət
20 May , 2019 12:24
YAP Mədəniyyət Nazirliyi ilə birlikdə Nəsimi ilinə həsr olunan tədbirlər keçirəcək

“YAP-ın 740 min nəfər üzvü var. Partiyanın əhəmiyyətli bir hissəsini gənclər təşkil edir. Həmçinin partiyamızda xeyli sayda Azərbaycanın tanınmış mədəniyyət işçiləri təmsil olunur”.

“Report” xəbər verir ki, bunu Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədiylə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair Mədəniyyət Nazirliyi ilə 2019-2020-ci illər üzrə birgə fəaliyyət planına aid kommunikenin imzalanması mərasimində deyib.

O bildirib ki, YAP təkcə siyasi fəaliyyət göstərmir: “Partiyamızın fəaliyyətinin bir qolunu mədəniyyət və incəsənətlə bağlı sahə təşkil edir. YAP bütövlükdə cəmiyyətin bütün təbəqələri arasında nüfuz qazanan bir təşkilatdır”.

Ə.Əhmədov bildirib ki, YAP Mədəniyyət Nazirliyi ilə birlikdə tədbirlər həyata keçirəcək: “Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayevlə danışıqlar aparılıb. Tədbirlərin bir hissəsi də “Nəsimi ilİ” ilə bağlı olacaq. YAP-ın üzvü olan gənc müğənnilərin konsertləri nəzərdə tutulur. Həmçinin nazirliklə birlikdə teatrlarda, muzeylərdə görüşlərin keçirilməsi planlaşdırılır”.

Son xəbərlər

Orphus sistemi