Yuxarı

YAP-ın qərargahında Respublika gününə həsr olunmuş tədbirdə “Son iclas” filmi təqdim edilib

YAP-ın qərargahında Respublika gününə həsr olunmuş tədbirdə “Son iclas
© Report

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında 28 May - Respublika günü münasibəti ilə tədbir keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə Baş Nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov, YAP icra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov, hakim partiyanın icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz QurbanlıMilli Məclisin vitse-spikeri Bahar Muradova, digər rəsmi şəxslər və YAP üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Ə.Əhmədov Respublika gününün tarixindən danışıb. O, müasir dövrdə Azərbaycanın gündən-günə inkişaf etdiyini bildirib.

Baş Nazirin müavini çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O qeyd edib ki, Azərbaycan müharibə tərəfdarı deyil: "Bizim yeganə problemimiz torpaqlarımızın işğal altında olması və bu qədər məcburi köçkünümüzün olmasıdır. Azərbaycanın güclü ordusu, xalqımızın iradəsi və Prezidentimizin qətiyyəti torpaqlarımızın işğaldan azad edilməsi üçün bizə əminlik yaradır. Hesab edirik ki, münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində imkanlar mövcuddur. Bu imkanlardan axıra qədər istifadə etmək lazımdır”.

Sonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə çəkilmiş “Son iclas” filmi təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi