YAP-ın MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib

YAP-ın MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib Bakı. 6 mart. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında aprelin 11-də prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvünün - Aydın Mirzəzadənin təsdiq edilməsi məsələsinə baxılıb.
Daxili siyasət
6 Mart , 2018 16:16
YAP-ın MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib
Aydın Mirzəzadə / Report

Bakı. 6 mart. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında aprelin 11-də prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvünün - Aydın Mirzəzadənin təsdiq edilməsi məsələsinə baxılıb.

“Report”un xəbərinə görə, MSK katibi Arifə Muxtarova deyib ki, A.Mirzəzadənin məşvərətçi səshüquqlu üzvü təsdiq edilməsi üçün əsaslar var.

Məsələ müzakirəyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, MSK Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən İlham Əliyevin namizədliyini qeydə alıb.

Son xəbərlər

Orphus sistemi