YAP-ın Ağdam Rayon Təşkilatına yeni sədr təyin edilib

YAP-ın Ağdam Rayon Təşkilatına yeni sədr təyin edilib Yeni sədr Əliyev Allahverən rayon icra başçısının birinci müavinidir
Daxili siyasət
11 Noyabr , 2017 07:38
YAP-ın Ağdam Rayon Təşkilatına yeni sədr təyin edilib
Report

Ağdam. 11 noyabr. REPORT.AZ/ Ağdamın Quzanlı qəsəbəsindəki Mədəniyyət Evində Yeni Azərbaycan Partiyasının (YAP) rayon üzrə təşkilatının 10-cu konfransı keçirilib

Bakı. 11 noyabr. REPORT.AZ/ Ağdamın Quzanlı qəsəbəsindəki Mədəniyyət Evində Yeni Azərbaycan Partiyasının (YAP) rayon üzrə təşkilatının 10-cu konfransı keçirilib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu, konfransda ötən müddət ərzində görülən işlər müzakirə olunub, təşkilati məsələlərə baxılıb, YAP-ın Ağdam Rayon Təşkilatına yeni sədr seçilib.

Təşkilatın sədri vəzifələrinin müvəqqəti icraçısı Zülfü Qasımov tutduğu vəzifəsindən azad edilib, Əliyev Allahverən İdris oğlu quruma sədr, Əliyev Baxşeyiş Əliş oğlu və Əliyeva Xəyalə İsrail qızı sədr müavinləri seçiliblər.

Bundan başqa konfransda 33 nəfər Şura üzvü, 17 nəfər İdarə Heyətinin üzvü, 5 nəfər isə Nəzarət-Təftiş Qrupunun tərkibinə seçilib.

Əliyev Allahverən həm də, rayon icra başçısının birinci müavinidir.

Son xəbərlər

Orphus sistemi