YAP icra katibinin müavini: "Namizədlərin irəli sürülməsi prosesi rəhbərlik tərəfindən müəyyənləşdiriləcək"

YAP icra katibinin müavini: "Namizədlərin irəli sürülməsi prosesi rəhbərlik tərəfindən müəyyənləşdiriləcək" "YAP istənilən vaxt seçkilərə hazır olan partiyadır"
Daxili siyasət
17 Mart , 2015 16:01
YAP icra katibinin müavini: Namizədlərin irəli sürülməsi prosesi rəhbərlik tərəfindən müəyyənləşdiriləcək

Bakı. 17 mart. REPORT.AZ/ "YAP istənilən vaxt seçkilərə hazır olan partiyadır. Bunu deməyə əsasımız var. Çünki partiyanın həm üzvlərinin sayı, həm keyfiyyəti, həm də bölgələr üzrə təşkilatanması yüksək səviyyədədir".

"Report"un məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, YAP-ın rəhbərliyi, şəxsən sədr İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində bütün tədbirlər həyata keçirilir: "YAP-ın ideoloji, təşkilati, beynəlxalq əlaqələr və s. istiqamətlərdə gördüyü işlər o qədər çoxdur ki, saymaqla qutarmaq olmaz. Burada tam təşkilatlanmış, güclü mexanizm var. Partiyanın bütün strukturları saat mexanizmi kimi çalışmaqdadır. Belə olan şəraitdə partiyanın seçkilərə getməsi və qələbə qazanması aksiomadır. YAP-ın hər seçkini udmasının başlıca səbəbi partiyanın Ulu öndər Heydər Əliyevin ideyalarına söykənməsidir və sədrimiz, Prezident İlham Əliyevin siyasətinin xalq tərəfindən birmənalı olaraq müdafiə olunmasıdır".

M.Qurbanlı deyib ki, bu gün Prezidentin siyasəti nəticəsində xalqla hakimiyyət arasında vəhdət mövcuddur: "Ona görə də, YAP-ın seçkilərə qatılması o qədər çətin deyil. YAP təşviqat zamanı deməyə sözü olan partiyadır. Parlament seçkiləri ilə əlaqədar hazırlıq işləri də davam etməkdədir. Biz rayon və şəhər təşkilatları sədrlərinin toplantısını keçirmişik. Digər cari işlər də görülməkdədir. Hesab edirəm ki, namizədlərimiz seçkilərdə ciddi uğurlar əldə edəcəklər. Parlament seçkilərində namizədlərin irəli sürülməsi prosesi rəhbərlik tərəfindən müəyyənləşdiriləcək və zamanında ictimaiyyətə məlumat veriləcək".

Son xəbərlər

Orphus sistemi