​YAP icra katibinin müavini: “Milli Şuranın aksiyası erməni lobbisinin maliyyələşdirdiyi təşkilatların mənafeyinə xidmət edən bir piket idi”

​YAP icra katibinin müavini: “Milli Şuranın aksiyası erməni lobbisinin maliyyələşdirdiyi təşkilatların mənafeyinə xidmət edən bir piket idi” ​“Sadəcə olaraq bir şou göstərmək istəyirdilər”
Daxili siyasət
30 May , 2015 16:53
​YAP icra katibinin müavini: “Milli Şuranın aksiyası erməni lobbisinin maliyyələşdirdiyi təşkilatların mənafeyinə xidmət edən bir piket idi”

“Sadəcə olaraq bir şou göstərmək istəyirdilər”

Bakı. 30 may. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov müxalif Milli Şuranın bu gün keçirdiyi mitinqinə münasibət bildirib. S.Novruzov “Report”a açıqlamasında deyib ki, əslində Milli Şuranın bugünkü aksiyası mitinq deyil, piket idi: “Beş-on nəfər qohum-əqrabalarını, ətrafında olan adamları ora toplayıb, bu və digər şəkildə Avropadan aldıqları vəsait hesabına, Avropanın erməni lobbisi tərəfindən maliyyələşdirilən və bəzi məlum qeyri-hökumət təşkilatları tərəfindən himayə olunan mitinq təşkil ediblər. Bu mitinqin istər məzmunu, istər mahiyyəti, istər orada qoyulan məsələlər və çıxışlar bayağı idi. Həm də bugünkü gün ilə ayaqlaşmayan, ümumiyyətlə aidiyyəti olmayan məsələrdən danışdılar. Sadəcə olaraq bir şou göstərmək istəyirdilər. Bu şou da Azərbaycan xalqı üçün deyildi. Yəni, nə yanğın baş verən binanın sakinləri, nə də digər insanlara bunun hər hansı bir xeyri var. Bu, sırf Avropanın müəyyən dairələri üçün hazırlanmış, erməni lobbisi tərəfindən maliyyələşdirilən təşkilatların mənafeyinə xidmət edən bir piket idi”.

Son xəbərlər

Orphus sistemi