YAP icra katibinin müavini: “Azərbaycan xalqının öz prezidenti ətrafında sıx birləşməsi erməniləri qorxuya saldı”

YAP icra katibinin müavini: “Azərbaycan xalqının öz prezidenti ətrafında sıx birləşməsi erməniləri qorxuya saldı” “Azərbaycan bu müharibədə haqlıdır”
Daxili siyasət
13 Aprel , 2016 11:13
YAP icra katibinin müavini: “Azərbaycan xalqının öz prezidenti ətrafında sıx birləşməsi erməniləri qorxuya saldı”

Bakı. 13 aprel. REPORT.AZ/ “Biz onun şahidi olduq ki, şəhid ailələri öz övladlarını göstərdiyi qəhrəmanlığa layiqli şəkildə dəfn etdi”. “Report”un məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsində (QMİ) şəhidlərin xatirəsinə həsr olunan tədbirdə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Azərbaycan ordusu texniki təchizat, silah-sursat və canlı qüvvə baxımdan Qafqazda ən güclü ordulardan biridir: “Bunu cəbhədə baş verən son hadisələr bir daha sübut etdi. Artıq Azərbaycan ordusu öz torpaqlarını işğaldan azad etməyə qadirdir”.

S.Novruzov bildirib ki, münaqişənin həllini uzatmaqda məqsəd Azərbaycan xalqına Qarabağı unutdurmaq istəyindən irəli gəlir: “Lakin bütün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, dünyanın güc dövlətləri bilməlidir ki, Azərbaycan Qarabağı unutmayıb və bundan sonrakı nəsil də unutmayacaq.

Azərbaycan bu müharibədə haqlıdır. Çünki müharibə Azərbaycan ərazisində gedir.

Bütün beynəlxalq təşkilatlar Azərbaycanı dəstəklədi, bundan başqa, Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşdi, bu isə erməniləri qorxuya saldı”.

Son xəbərlər

Orphus sistemi