YAP-da QHT nümayəndələri ilə görüş keçirilib

YAP-da QHT nümayəndələri ilə görüş keçirilib Bakı. 13 fevral. REPORT.AZ/ Yeni Azərbaycan Partiyasının (YAP) qərərgahında qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüş keçirilib.
Daxili siyasət
13 Fevral , 2019 16:15
YAP-da QHT nümayəndələri ilə görüş keçirilib

Bakı. 13 fevral. REPORT.AZ/ Yeni Azərbaycan Partiyasının (YAP) qərərgahında qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüş keçirilib.

"Report"un xəbərinə görə, tədbirdə YAP-ın sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsini sədri Bahar Muradova, YAP icra katibinin müavinləri - Siyavuş Novruzov və Mübariz Qurbanlı, Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev və QHT təmsilçiləri iştirak ediblər.

Tədbirdə sosial mediada təhqirlərin və digər bu kimi xoşagələz halların qarşısının alınması yollarının tapılması istiqamətində müzakirələr aparılıb.

Çıxış edən Əli Əhmədov deyib ki, sosial şəbəkələrdəki təhqirlərin qarşısı alınmalıdır.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, bu gün dünyanın yaratdığı texnoloji yenilik ciddi problemə çevrilib: "İnternetdə təhqirlər, mənəvi terror cəmiyyət üçün ciddi problem yaradır. Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarını təmin edən bütün qanunverici əsaslar var və beynəlxalq təşkilatların standartlarına uyğundur. Lakin qanunlar internetdə baş verən bu eybəcərliklərin qarşısını almaqda acizdir. Biz qanunlara hər hansı məhdudlaşdırıcı maddələr əlavə etmək niyyətində deyilik. Bu problemin qarşısını almaq üçün mübarizə yolları tapmalıyıq”.

Azay Quliyev çıxışında deyib ki, sosial şəbəkələr vasitəsilə milli mənəvi dəyərlərimizə, xüsusiyyətlərimizə mənəvi terror edilir: “Sosial şəbəkələrdə dövlət, hakimiyyət orqanlarını gözdən salmağa çalışırlar. Bunu düşünülmüş siyasi məqsədlərlə edirlər. Sosial şəbəkələrdə söyüş adi hala çevrilib. Biz milli mənəvi dəyərlərimizin qiymətdən düşməsinə imkan verməməliyik, bu mənəvi terrora sözsüz qalmamalıyıq. Müzakirələr aparmalıyıq və elə bir yol tapmalıyıq ki, insanlar söyüşə məruz qalmasın”.

Digər çıxışçılar da sosial şəbəkənin gətirdiyi mənfi təzahürlərdən danışıblar və bu istiqamətdə maarifləndirmə işinin gücləndiriməsinin vacibliyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi