Yadigar Sadıqlı: "Arif Hacılının xeyir-duası ilə məni satqın elan etmək uğrunda yarış gedir"

Yadigar Sadıqlı: "Arif Hacılının xeyir-duası ilə məni satqın elan etmək uğrunda yarış gedir" Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqlı partiyanın başqanı Arif Hacılının ünvanına ittihamlar səsləndirib.
Daxili siyasət
16 Aprel , 2019 17:08
Yadigar Sadıqlı: Arif Hacılının xeyir-duası ilə məni satqın elan etmək uğrunda yarış gedir

Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqlı partiyanın başqanı Arif Hacılının ünvanına ittihamlar səsləndirib.

“Report”un xəbərinə görə, Y.Sadıqlı “Facebook” sosial şəbəkəsindəki hesabında yazıb ki, Arif Hacılı söz verdiyi kimi mübarizəni müxalifət daxilindən çıxarıb, amma hakimiyyətə qarşı deyil, partiya daxilinə yönəldib.

“Müsavat Partiyası üzvlərinin sosial şəbəkədəki qapalı qrupunda başqan Arif Hacılının xeyir-duası ilə məni satqın, öyrədilmiş, Müsavatı parçalayan elan etmək uğrunda yarış gedir. Kimlərin etdiyini soruşmayın, əksəriyyətini heç tanımazsınız, profillərində hakimiyyət əleyhinə söz tapmazsınız”, - Y.Sadıqlı yazıb.

Xatırladaq ki, bir müddət öncə, Y.Sadıqlı partiya başqanının müavini vəzifəsindən istefa verib.

Son xəbərlər

Orphus sistemi