Yuxarı

XV Avropa Gənclər Yay Olimpiya Festivalının marşrut xətləri açıqlanıb - FOTO

​XV Avropa Gənclər Yay Olimpiya Festivalının marşrut xətləri açıqlanıb

"XV Avropa Gənclər Yay Olimpiya Festivalı"nın nəqliyyat əməliyyatları planına uyğun olaraq daşımalar davam etdirilir.

"Report" Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, plana uyğun olaraq festivalın açılış mərasiminə bilet alan tamaşaçıların daşınması 21.07.2019-cu il tarixində iki ekspress marşrut xətti vasitəsi ilə həyata keçiriləcək. a) X1 xətti üzrə avtobuslar (28 May m/st – Bakı Kristal Zalı) b) X2 xətti üzrə avtobuslar (Elmlər Akademiyası m/st – Bakı Kristal Zalı)

X1 xətti üzrə avtobuslar Səməd Vurğun bağı Dilarə Əliyeva küçəsindən, X2 xətti üzrə avtobuslar isə Hüseyn Cavid prospekti metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığındakı dayanacaqdan hərəkət edəcək. Ekspress xətt üzrə daşımalara saat 17:30-dan başlanılacaq və mərasim başlayanadək (saat 20:00-dək) davam edəcək.

Mərasim yekunlaşdıqdan sonra Bakı Kristal Zalından əks istiqamətdə daşınma təşkil ediləcək. Mərasimlə əlaqədar olaraq ictimai nəqliyyat gecə 01:00-a qədər fəaliyyət göstərəcək.

BNA bilet alan vətəndaşlardan mərasim keçirilən məkana ekspress marşrut avtobuslarından istifadə edərək getmələrini xahiş edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi