Bakı. 12 fevral. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları”nda dəyişiklik edib.
"Report" xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda xarici dövlətlərin qeyri-hökumət təşkilatları (QHT) bir nümayəndəlik və ya filial yarada bilərlər.
Dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması məqsədi ilə danışıqların başlanması üçün təşkilatın səlahiyyətli nümayəndəsi Ədliyyə Nazirliyinə yazılı müraciət etməlidir.