Xalça Muzeyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib

Xalça Muzeyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib Tədbirdə İlham və Fərizəyə həsr olunan "Sədaqət" xalçası iştirakçılara təqdim olunub
Daxili siyasət
20 Yanvar , 2017 00:55
Xalça Muzeyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı. 20 yanvar. REPORT.AZ/ Cari ilin 18 yanvar tarixində Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir təşkil olunub.

Muzeydən "Report"a verilən məlumata görə, anım mərasimində 20 yanvar şahidi, yazıçı publisist Əmir Pəhləvan, AMEA-nın A. Bakıxanov aadına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sahibə Budaqova, 20 Yanvar Fondunun sədri Şövqi Bünyadzadə, “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyin sədri Naibə Behbudova, İlham Allahverdiyev və Fərizə Nəbiyevaya həsr olunan "Sədaqət" xalçasının müəllifi Səməd Təbrizli çıxış edərək öz acı xatirələrini bölüşüblər.

Tədbirdə 20 Yanvar şəhidləri İlham və Fərizəyə həsr olunan Səməd Təbrizlinin müəllifi olduğu "Sədaqət" xalçası iştirakçılara təqdim olunub.

Tədbirin bədii hissəsində Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin dərnək üzvləri “Şəhidlər yaşayır” adlı rəsm sərgisi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının dramaturq-yazıçı Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” adlı tamaşasından bir hissə, Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin şagirdlərinin ifasında musiqili kompozisiya nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi