Vurğun Əyyub Müsavat Partiyasından xaric ediləcəyi ilə bağlı səslənən fikirlərə münasibət bildirib

Vurğun Əyyub Müsavat Partiyasından xaric ediləcəyi ilə bağlı səslənən fikirlərə münasibət bildirib “Həm Müsavat Partiyasında, həm də yeni yaradılacaq hərəkatda fəaliyyətimi davam etdirəcəm”
Daxili siyasət
4 Dekabr , 2014 10:45
Vurğun Əyyub Müsavat Partiyasından xaric ediləcəyi ilə bağlı səslənən fikirlərə münasibət bildirib
Bakı. 4 dekabr. REPORT.AZ/ “Yaradılacaq “Azərbaycan Demokratiya və Rifah” Hərəkatının bəyannamə layihəsində göstərilib ki, istənilən partiya üzvü və müstəqil şəxs bu hərəkata qoşula bilər. Bu da o deməkdir ki, hərəkat siyasi deyil. Müsavat Partiyasının Nizamnaməsi üzvlərinə iki siyasi təşkilatda olmağı qadağan edir. Müsavat Partiyasından harasa getmək niyyətim yoxdur, partiyada da, hərəkatda da fəaliyyətim davam edəcək”.

Bunu “Report”a açıqlamasında Müsavat Partiyasının Məclis üzvü, Qubad İbadoğlunun rəhbərliyi ilə yaradılacaq hərəkatın təşəbbüs qrupunda təmsil olunan Vurğun Əyyub deyib.

O, Müsavat Partiyasından xaric ediləcəyi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: “Haqqımda kiminsə nə deməsi məni qətiyyən maraqlandırmır. Partiyanın indiki rəhbərliyini qeyri-legitim hesab edirəm. Qurultayda sərbəst Məclis üzvü seçilməyimə baxmayaraq, özümü Məclis üzvü hesab etmirəm. Digər seçilənlər də legitim deyil. Ona görə də onların atacaqları hansısa addım məni qətiyyən narahat etmir. Müsavat Partiyası barmaqla idarə edilən partiya deyil”.

Qeyd edək ki, Müsavat Partiyasının başqanlığına sabiq namizəd Qubad İbadoğlunun rəhbərliyi ilə “Azərbaycan Demokratiya və Rifah” Hərəkatının təsis bəyannaməsi hazırlanıb. Hərəkatın yaxın bir ay ərzində təsis yığıncağının keçirilməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi