​Vurğun Əyyub İsa Qəmbərin bir qrup müsavatçını xəyanətkar adlandırmasına münasibət bildirib

​Vurğun Əyyub İsa Qəmbərin bir qrup müsavatçını xəyanətkar adlandırmasına münasibət bildirib "Partiyaya illərini həsr etmiş insanlara "qapını göstərmək" düzgün yanaşma deyil"
Daxili siyasət
24 Noyabr , 2014 10:53
​Vurğun Əyyub İsa Qəmbərin bir qrup müsavatçını xəyanətkar adlandırmasına münasibət bildirib

Bakı. 24 noyabr. REPORT.AZ/ "Kimsə Müsavat Partiyasında paralel struktur yaradılması ilə bağlı müzakirələr aparmır. İsa Qəmbərin də narahatlığına ehtiyac yoxdur. Partiyaya illərini həsr etmiş insanlara "qapını göstərmək" düzgün yanaşma deyil".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının qurultayında Məclis üzvü seçilmiş Vurğun Əyyub deyib. O, partiyada demokratik idarəçiliyin formalaşmasının tərəfdarı olduğunu qeyd edib: "Narazılarla partiya rəhbərliyinin münasibətlərinin necə tənzimlənəcəyi məni maraqlandırmır. Partiyada heç bir qurumu legitim hesab etmirəm. Onların qərarlarına görə məsuliyyət daşımıram. Müsavat Partiyası kiminsə şəxsi mülkiyyəti deyil. Kimsə də nizamnamədən kənar şəkildə partiya üzvlərini başqa liderlərin arxasına qoşub, deyə bilməz ki, təşkilatı tərk edin".

Qeyd edək ki, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər partiyanın ümumrespublika müşavirəsində çıxışı zamanı təşkilat daxilində paralel struktur yaradanların nizamnamə çərçivəsində cəzalandırılacağını bildirib. O deyib ki, partiyanı "qurultaysonrası vəziyyətdə" saxlamaq xəyanətdir.

Son xəbərlər

Orphus sistemi