VHP-nin qurultayı sentyabrda keçiriləcək

VHP-nin qurultayı sentyabrda keçiriləcək Partiya funksioneri: "VHP qurultayın keçirilməsinə hazırdır"
Daxili siyasət
3 Fevral , 2017 12:53
VHP-nin qurultayı sentyabrda keçiriləcək

Bakı. 3 fevral. REPORT.AZ/ Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qurultayı bu ilin sentyabr ayında keçiriləcək.

Bu barədə "Report"a VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat verib.

O bildirib ki, qurultayın keçiriləcəyi gün yaxın vaxtlarda açıqlanacaq: "Bu ilin sentyabrında partiyanın yaranmasının 25 illik yubileyidir. Yubileylə bağlı bir sıra tədbirlər keçirəcəyik. Qurultayın da həmin ayda keçirilməsi planlaşdırılır. Demək olar ki, VHP qurultayın keçirilməsinə hazırdır. Qurultayla bağlı Bakının rayonları istisna olmaqla, bölgələrdə konfranslar keçirilib".

S.Əsədli partiya sədrliyinə namizədliyini irəli sürəcəyini istisna etmir: "İstənilən partiya üzvü namizədliyini irəli sürə bilər. Mən də vəziyyətə uyğun olaraq qərar qəbul edəcəm".

Son xəbərlər

Orphus sistemi