​Azərbaycanda vəzifəli şəxslər tərəfindən dövlət sirrinin yayılmasına görə cəzalar sərtləşdirilir

​Azərbaycanda vəzifəli şəxslər tərəfindən dövlət sirrinin yayılmasına görə cəzalar sərtləşdirilir Cinayət Məcəlləsinin 284.1 və 284.2-ci maddələrinə dəyişiklik təklif edilir
Daxili siyasət
5 Mart , 2015 18:14
​Azərbaycanda vəzifəli şəxslər tərəfindən dövlət sirrinin yayılmasına görə cəzalar sərtləşdirilir

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycan Cinayət Məcəlləsinin 284.1 və 284.2-ci maddələrinə dəyişiklik olunması təklif edilir.

Bu barədə "Report"a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov məlumat verib. O bildirib ki, 284.1-ci maddəyə təklif olunan dəyişikliyə görə, şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 6 ilə qədər azadlıqdan məhrum ediləcək: "Hazırda bu əməlin sanksiyası 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmədir. 284.2-ci maddəyə edilən dəyişikliyə əsasən isə eyni əməllər ağır nəticələrə səbəb olduqda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalanacaq. Bu əməlin cəzası isə hazırda 3 ildən 7 ilə qədər həbsdir".

R.Cəbrayılov əlavə edib ki, burada söhbət sanksiyanın sərtləşdirilməsindən gedir: "Sanksiyanın aşağı və yuxarı həddi cəmi 1 il sərtləşdirilməsi nəzərdə tutulur. Məzmunu dövlət sirri daşıyan əşyaların, habelə bunları hədə-qorxu gəlməklə, oğurlamaqla, texniki vasitələrdən-komputerdən istifadə etməklə məlumatların əldə edilməsi, artıq onun yayıb-yamamasından asılı olmayaraq cinayət hesab olunur. Düşünürəm ki, bu doğru addımdır".

Millət vəkili qeyd edib ki, bu cəzalar dövlətə xəyanət, casusluq olmadan ediləndə tətbiq edilir: "Amma hər hansı xarici kəşfiyyata işləməklə bağlı fakt üzə çıxarsa, burada, artıq ömürlük azadlıqdan məhrumetmə cəzası işə düşür. Bunlar tamamilə ayrı-ayrı şeylərdir".

Qeyud edək ki, qanun layihəsi Milli Məclisin martın 6-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi