Vasif Talıbov üç nəfəri təltif edib

Vasif Talıbov üç nəfəri təltif edib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri sərəncam imzalayıb
Daxili siyasət
28 Mart , 2016 21:58
Vasif Talıbov üç nəfəri təltif edib

Bakı. 28 mart. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında sərəncam imzalayıb. "Report" xəbər verir ki, sərəncamla üç nəfər təltif edilib.

Belə ki, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyətlərinə görə, Əfəndiyev Zərrab Nizaməddin oğlu – “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə, Hacıyev Rasim Bəyalı oğlu və Hüseynov Ədalət İsmayıl oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar.

Son xəbərlər

Orphus sistemi