​Vahid Azərbaycan Partiyası qurultay keçirilməsinə yer ayrılması üçün BŞİH-ə müraciət edib

​Vahid Azərbaycan Partiyası qurultay keçirilməsinə yer ayrılması üçün BŞİH-ə müraciət edib "Bakı" kinoteatrı və ya Rəşid Behdudov adına Dövlət Mahnı Teatrının ayrılması istənilib
Daxili siyasət
1 İyun , 2016 18:09
​Vahid Azərbaycan Partiyası qurultay keçirilməsinə yer ayrılması üçün BŞİH-ə müraciət edib

Bakı. 1 iyun. REPORT.AZ/ Vahid Azərbaycan Partiyası (VAP) qurultay keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

Bu barədə "Report"a VAP-ın Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Əhəd Məmmədli məlumat verib.

Müraciətdə BŞİH-dən qurultay keçirilməsi üçün "Bakı" kinoteatrı və ya Rəşid Behdudov adına Dövlət Mahnı Teatrının ayrılması xahiş edilib.

Qeyd edək ki, partiyanın qurultayının iyunun 12-də keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, bir müddət öncə, Müsavat Partiyasının başqanlığına sabiq namizəd, "Ağ blok"un həmtəsisçisi Tural Abbaslı və bir qrup tərəfdarı Müsavatdan istefa verərək VAP-a qoşulub.

Son xəbərlər

Orphus sistemi