Vahid Azərbaycan Partiyası qurultaya yer ayrılması üçün VHP-yə müraciət edib

Vahid Azərbaycan Partiyası qurultaya yer ayrılması üçün VHP-yə müraciət edib Qurultay iyunun 26-da keçiriləcək
Daxili siyasət
17 İyun , 2016 14:54
Vahid Azərbaycan Partiyası qurultaya yer ayrılması üçün VHP-yə müraciət edib

Bakı. 17 iyun. REPORT.AZ/ Vahid Azərbaycan Partiyasının (VAP) qurultayının iyunun 19-da keçirilməsi nəzərdə tutulsa da, yer olmamasına görə təxirə salınıb.

Bunu "Report"a açıqlamasında VAP-ın Təşkilat komitəsinin sədri Tural Abbaslı deyib.

T.Abbaslı bildirib ki, qurultay iyunun 26-na təyin edilib: "Partiya qurultayının iyunun 19-da keçirilməsini planlaşdırmışdıq. Tədbirə yerin ayrılması üçün Beynəlxalq Mətbuat Mərkəzinə müraciət etdik. Lakin bizə yer olmadığı bildirildi. Biz də Vətəndaş Həmrəyliyi Partiyasına müraciət etdik. Mərkəzi qərargahlarında qurultayın keçirilməsi üçün bizə yer verilməsini xahiş etdik. Müsbət cavab verdilər".

Xatırladaq ki, bir müddət öncə, Müsavat Partiyasının başqanlığına sabiq namizəd, "Ağ blok"un həmtəsisçisi Tural Abbaslı və bir qrup tərəfdarı Müsavatdan istefa verərək VAP-a qoşulub.

Son xəbərlər

Orphus sistemi