​Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü dünyasını dəyişib

​Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü dünyasını dəyişib Şövkət Tağıyeva uzun sürən xəstəlikdən sonra vəfat edib
Daxili siyasət
11 İyun , 2015 12:32
​Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü dünyasını dəyişib

Bakı. 11 iyun. REPORT.AZ/ Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü olmuş, partiyanın sabiq Divan və Məclis üzvü, tarix elmləri doktoru Şövkət Tağıyeva vəfat edib.

"Report"un məlumatına görə, Ş.Tağıyeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

O, bu gün dəfn olunacaq.

Qeyd edək ki, Ş.Tağıyeva 1926-cı ildə anadan olub.O, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda elmi işçi, baş elmi işçi, Şərqşünaslıq İnstitutunda baş elmi işçi, şöbə müdiri işləyib.

Son xəbərlər

Orphus sistemi