Ümid Partiyası qurultaya hazırlaşır

Ümid Partiyası qurultaya hazırlaşır Qurultayın 2018-ci ilin birinci yarısında keçirilməsi planlaşdırılır
Daxili siyasət
5 Aprel , 2017 20:42
Ümid Partiyası qurultaya hazırlaşır
courtesy image

Bakı. 5 aprel. REPORT.AZ/ Ümid Partiyası qurultaya hazırlaşır.

Bu barədə "Report"a partiyanın sədri İqbal Ağazadə məlumat verib.

O bildirib ki, qurultayın 2018-ci ilin birinci yarısında keçirilməsi planlaşdırılır.

Partiya sədri deyib ki, partiyanın qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi konfransların keçiriməsinə başlayıb və indiyədək 4 konfrans keçirilib.

Onun sözlərinə görə, partiya sədrliyinə namizədlər də qurultayda irəli sürüləcək: "Yenidən partiya sədrliyinə seçilməyim üçün namizədliyimin irəli sürülməsini zaman göstərəcək".

Son xəbərlər

Orphus sistemi