Üç min manatdan yuxarı məbləğdə bağlanan borc müqaviləsi yazılı formada olacaq

Üç min manatdan yuxarı məbləğdə bağlanan borc müqaviləsi yazılı formada olacaq Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib
Daxili siyasət
31 May , 2016 15:22
Üç min manatdan yuxarı məbləğdə bağlanan borc müqaviləsi yazılı formada olacaq

Bakı. 31 may. REPORT.AZ/ Milli Məclisin bugünkü plenar iclasında Mülki Məcəlləyə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

"Report" xəbər verir ki, layihəyə əsasən, ölkədə üç min manatdan yuxarı məbləğdə bağlanan borc müqaviləsi yazılı formada olacaq.

Qüvvədə olan qanunvericiliyə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi