TÜRKPA missiyası Azərbaycanda seçkiləri müşahidə edir

TÜRKPA missiyası Azərbaycanda seçkiləri müşahidə edir Bakı. 11 aprel. REPORT.AZ/ Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) müşahidəçiləri Azərbaycanda keçirilən Prezident seçkilərini izləyirlər.
Daxili siyasət
11 Aprel , 2018 15:34
TÜRKPA missiyası Azərbaycanda seçkiləri müşahidə edir

Bakı. 11 aprel. REPORT.AZ/ Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) müşahidəçiləri Azərbaycanda keçirilən Prezident seçkilərini izləyirlər.

Bu barədə "Report"a TÜRKPA-nın Mətbuat xidmətindən məlumat verilib. 

Missiyaya Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan millət vəkilləri və TÜRKPA Katibliyinin diplomatik heyəti daxildir.

Bildirilib ki, seçkilər başladıqdan indiyə qədər TÜRKPA müşahidəçiləri 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin 1, 2, 12, 13 və 5 saylı məntəqələrinin və 42 saylı Sumqayıt seçki dairəsinin 9, 10, 22 saylı seçki məntəqələrinə baş çəkiblər. 

Sumqayıtdan sonra Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpekin başçılıq etdiyi TÜRKPA nümayəndə heyəti Xırdalan şəhərində səsverməni izləyəcək. 

Son xəbərlər

Orphus sistemi