Türkmənistan prezidenti: "İlham Əliyevin qələbəsi xalqın onun yürütdüyü siyasətə yüksək dəstəyini göstərir"

Türkmənistan prezidenti: "İlham Əliyevin qələbəsi xalqın onun yürütdüyü siyasətə yüksək dəstəyini göstərir" Bakı. 13 aprel. REPORT.AZ/ Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Daxili siyasət
13 Aprel , 2018 10:00
Türkmənistan prezidenti: İlham Əliyevin qələbəsi xalqın onun yürütdüyü siyasətə yüksək dəstəyini göstərir

Bakı. 13 aprel. REPORT.AZ/ Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, təbrikdə Q.Berdıməhəmmədov İlham Əliyevin qələbəsi Azərbaycan xalqının onun yürütdüyü, dövlətçiliyin və ölkənin sosial-iqtisadi inkişafının möhkəmləndirilməsinə yönəlmiş siyasətə verdiyi yüksək dəstəyin göstəricisi olduğunu bildirib. 

"Türkmənistan və Azərbaycan çoxəsrlik dostluq və mehriban qonşuluq əlaqələri ilə bağlıdır. Əminəm ki, ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıq və qarşılıqlı anlayış iki qardaş xalqın rifahı naminə Türkmənistan-Azərbaycan əlaqələrinin gələcəkdə də inkişaf etməsi və güclənməsi üçün möhkəm əsas olacaq", - Türkmənistan prezidenti vurğulayıb.

Son xəbərlər

Orphus sistemi