​Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirilib - FOTO

​Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirilib - FOTO Aksiyada "Terrora son!", "Bir millət, iki dövlət!" şüarları səsləndirilib
Daxili siyasət
9 Sentyabr , 2015 12:36
​Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirilib - FOTO

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu gün Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi qarşısında Türkiyəyə dəstək aksiyası keçirilib. "Report"un xəbərinə görə, təşkilatçılar bildirib ki, aksiyanın keçirilməsində məqsəd son zamanlar qardaş Türkiyədə PKK terror təşkilatının həyata keçirdiyi terror aktlarını qınamaqdır.

Mustafa Kamal Atatürkün abidəsininin önündən başlayaraq səfirliyin önünə doğru yürüş keçirilib. Aksiyada "Terrora son!", "Bir millət, iki dövlət!" şüarları səsləndirilib.

Aksiyanın qətnaməsi səfirliyin önündə oxunub. Daha sonra qətnamə səfirliyə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi