Türkiyə səfirliyi Bakını işğaldan azad edən türk əsgərlərinin Gürcüstandakı məzarları ilə bağlı araşdırma aparır

Türkiyə səfirliyi Bakını işğaldan azad edən türk əsgərlərinin Gürcüstandakı məzarları ilə bağlı araşdırma aparır Türkiyənin Gürcüstandakı səfirliyi Marneuli rayonunun Qızılhacılı kənd qəbiristanlığında 1918-ci ildə Bakının işğaldan azad olunmasında iştirak etmiş türk əsgərlərinin məzarları ilə bağlı araşdırmalar aparır.
Daxili siyasət
26 İyun , 2019 12:14
Türkiyə səfirliyi Bakını işğaldan azad edən türk əsgərlərinin Gürcüstandakı məzarları ilə bağlı araşdırma aparır

Türkiyənin Gürcüstandakı səfirliyi Marneuli rayonunun Qızılhacılı kənd qəbiristanlığında 1918-ci ildə Bakının işğaldan azad olunmasında iştirak etmiş türk əsgərlərinin məzarları ilə bağlı araşdırmalar aparır.

Bu barədə “Report”un yerli bürosuna açıqlamasında Türkiyənin Gürcüstandakı hərbi attaşesi, polkovnik Bülent Akdeniz bildirib.

Onun sözlərinə görə, 8 türk əsgərinin uyuduğu ehtimal olunan məzarlıqla bağlı Türkiyənin aidiyyəti qurumları ilə yazışmalar aparılır: “Həmin əsgərlərlə bağlı daha geniş məlumat əldə etmək məqsədilə işlər davam etdirilir. Türkiyənin hərbi və milli arxivləri vasitəsilə həmin əsgərlərin kimliyini müəyyən etməyə çalışırıq”.

Qeyd edək ki, bu ilin mayın 18-də Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Qızılhacılı qəbiristanlığında türk əsgərlərinin məzarlarının olduğu yerlə tanış olub. Səfir məzarlığın abadlaşdırılaraq xatirə lövhəsinin qoyulacağını bildirib. Qızılhacılı kənd ağsaqqallarının bildirdiyinə görə, türk əsgərləri Bakının işğaldan azad olunmasından sonra Türkiyəyə qayıdarkən xəstəliyə yoluxaraq vəfat ediblər. 

Son xəbərlər

Orphus sistemi