Bakı. 24 avqust. REPORT.AZ/ "Nə qədər Müsavatın başqanı
Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının başqanlığına sabiq namizəd, "Ağ blok"un həmtəsisçisi Tural Abbaslı deyib.
O, yaratdığı blokun fəaliyyətinin Müsavat Partiyasının Nizamnaməsinə zidd olmayacağını qeyd edib: "Təəssüf ki, Müsavat Partiyasının VIII qurultayından sonra Arif Hacılı Nizamnamə ilə deyil, daha çox öz şəxsi qrup maraqları ilə çıxış etdi. O, partiyada şəxsi maraqlarını Nizamnamədən üstün tutur. Bu gün nə etməyimdən asılı olmayaraq, Arif Hacılının qrup maraqlarına uyğun gəlməyəcəmsə, partiyadan uzaqlaşdıracaqlar. Mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı belə, Nizamnaməyə deyil, Arif Hacılının qrup maraqlarına qarşı çıxarsa, dərhal partiyadan uzaqlaşdırılar. Yəni, mənimlə bağlı yalnız "siyasi" qərar verilə bilər".
T.Abbaslı qeyd edib ki, Müsavat Partiyasının Nizamnaməsində blok, ictimai hərəkat yaratmaqla bağlı qadağa yoxdur: "Müsavatın sabiq başqanı
O, bu il keçiriləcək parlament seçkilərində iştirakla bağlı partiya rəhbərliyinə məlumat verdiyini də xatırladıb.
Qeyd edək ki, Müsavatın Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı T.Abbaslının bu il keçiriləcək parlament seçkiləri ilə əlaqədar blok yaratmasına münasibət bildirib. O deyib ki, T.Abbaslının addımlarında Müsavatın Nizamnaməsinə qarşı zidd məqamlar olacaqsa, partiya strukturlarında tədbir görüləcək: "Bu məsələdə heç kəsə, o cümlədən Tural Abbaslıya güzəşt olunmayacaq".
Xatırladaq ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib.