Yuxarı

Tunisin dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Tunisin dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsi

Bakı. 7 may. REPORT.AZ/ Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Tunis xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Zati-aliləri, qardaş Azərbaycan Respublikasının davamlı inkişafı və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini qardaş xalqlarımızın ortaq maraqları naminə daha da möhkəmləndirmək istiqamətində Sizinlə birgə işləmək niyyətində olduğumu bildirirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi