Bakı. 7 iyun. REPORT.AZ/ Tofiq Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
"Report"un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Məmməd Cahangir oğlu Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.