Tərtərdə çoxmənzilli binaların əsaslı təmirinə və abadlıq-quruculuq işlərinə 3 milyon manat ayrılıb

Tərtərdə çoxmənzilli binaların əsaslı təmirinə və abadlıq-quruculuq işlərinə 3 milyon manat ayrılıb Bakı. 29 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev noyabrın 29-da “Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Daxili siyasət
29 Noyabr , 2017 17:56
Tərtərdə çoxmənzilli binaların əsaslı təmirinə və abadlıq-quruculuq işlərinə 3 milyon manat ayrılıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev noyabrın 29-da “Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, Tərtər şəhərində 20 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən 20 çoxmənzilli binanın əsaslı təmiri üçün 1,5 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,5 milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi