Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım gecəsi keçirilib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım gecəsi keçirilib "Ulu öndər hər zaman ölkədə savadlı gənclərin yetişdirilməsinə xüsusi diqqət yetirib"
Daxili siyasət
11 Dekabr , 2014 18:20
Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım gecəsi keçirilib

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib. "Report" xəbər verir ki, Azərbaycan Milli Konservatoriyasında baş tutan anım gecəsində Təhsil Nazirliyinin rəhbərliyi, struktur bölmə rəhbərləri və əməkdaşları, həmçinin tədbirə ali məktəb rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar və incəsənət xadimləri qatılıblar.

Çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib ki, hər il olduğu kimi, bu il də Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anır, onun keçdiyi zəngin həyat yoluna və şərəfli siyasi fəaliyyətinin əsas məqamlarına bir daha nəzər salınır.

Nazirin sözlərinə görə, bu baxımdan ölkənin təhsil ictimaiyyəti və tədris ocaqlarının pedaqoji kollektivləri tərəfindən keçirilən anım tədbirləri özünəməxsus yer tutur: "Təhsilin hər bir sahəsinin inkişafında Heydər Əliyevin rolu danılmazdır. Belə ki, ulu öndər hər zaman ölkədə savadlı gənclərin yetişdirilməsinə xüsusi diqqət yetirib. Onun layiqli davamçısı prezident İlham Əliyev də bu ənənəni uğurla davam etdirir".

Çıxış edən Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi bildirib ki, təmirdən sonra burada ilk dəfə belə böyük tədbir keçirilir: "Təsadüfi deyil ki, bu tədbir də məhz ulu öndərin xatirəsinə həsr olunur, çünki bu məktəbin yaradılmasında Heydər Əliyevin xidmətləri əvəzolunmazdır".

Anım gecəsi incəsənət ustalarının ifaları ilə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi