Yuxarı

Təhsil naziri Xırdalanda vətəndaşları qəbul edəcək

Təhsil naziri Xırdalanda vətəndaşları qəbul edəcək
Qəbulda Abşeron, Qubadlı, Zəngilan rayon və Sumqayıt şəhərində müvəqqəti məskunlaşan məcburi köçkünlər iştirak edə bilərlər

Bakı. 23 may. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov Xırdalanda vətəndaşları qəbul edəcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş may ayının 26-da saat 10:00-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində olacaq.

Qəbulda Abşeron, Qubadlı, Zəngilan rayon və Sumqayıt şəhərində müvəqqəti məskunlaşan məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar may ayının 23, 24, 25-də Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi