Bakı. 20 dekabr. REPORT.AZ/ "Suriyadakı müxalifət tərəfdarlarının təxminən üçdə biri terrorçu `İŞİD` qruplaşmasının ideologiyasını bölüşür. İŞİD-i hərbi cəhətdən məğlub etmək isə cihadçılığa son qoymayacaq".
"Report"un "BBC"-yə istinadən verdiyi xəbərə görə, bu fikir Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyrin rəhbərlik etdiyi "Din və Geosiyasət Mərkəzi" adlı təşkilatın son açıqlamasında yer alıb.
Mərkəz hesab edir ki, bunun üçün ilk növbədə İŞİD ideologiyasının intellektual baxımından məğlub edilməsi lazımdır.
Qeyd edək ki, Suriya münaqişəsi 240 mindən artıq insanın ölümünə səbəb olub.