Yuxarı
    Bağlamaq

    “Sumqayıt Texnologiyalar Parkı”nda YAP-ın ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

    İdarə Heyətinin üzvləri Zirəddin İsmayılovun ərazi ilk partiya təşkilatının sədri seçilməsinə yekdilliklə səs verib

    Bakı. 23 fevral. REPORT.AZ/ Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının “Sumqayıt Texnologiyalar Parkı”nda ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

    İclası giriş sözü ilə açan “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin icraçı direktoru Sahib Musayev müəssisədə hər il hakim partiyanın sıralarına qoşulan işçilərin sayının durmadan artdığını qeyd edərək, indiyə qədər görülən işlər haqqında ümumi məlumat verib. Sonra gündəlikdə duran məsələlər və tədbirin keçirilməsi üçün sözü YAP-ın Sumqayıt şəhər Təşkilatının Şüra üzvü Vəzirxan Ənsərov verib.

    Şəhər Təşkilatının Şura üzvü Vəzirxan Ənsərov gündəlikdə duran məsələləri yığıncaq iştirakçılarının diqqətinə çatdırdıqdan sonra YAP-ın keçdiyi yol haqqında qısa məlumat verib. Bildirdi ki, 2013-cü ildən bu günə qədər müəssisədə ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Hazırda 192 nəfər üzv var. Bu say durmadan artır. Sıralara yeni üzvlər qoşulur.

    Sonra gündəlikdə duran məsələlər müzakirəyə qoyulub. Qərara alınıb ki, ilk partiya təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirilsin və bu səsə qoyularaq, yekdilliklə hər kəs tərəfindən qəbul edilib.

    Yeni Azərbaycan Partiyasının “Sumqayıt Texnologiyalar Parkı”nın ərazi ilk partiya təşkilatının İdarə Heyətinin yeni tərkibi seçilib. İdarə Heyətinin üzvləri Zirəddin İsmayılovun ərazi ilk partiya təşkilatının sədri seçilməsinə yekdilliklə səs verib.

    Daha sonra sədrin müavini - Sahil Allahverdiyev, Qadınlar Şurasının sədri – Kəmalə Əsgərova, təşkilatın Gənclər Birliyinin sədri - Sevinc Hüseynova seçilib. 

    Yığıncaq Yeni Azərbayccan Partiyasının Sumqayıt şəhər təşkilatının VIII hesabat seçki konfransında iştirak etmək üçün üzvlər içərisindən üç nəfər nümayəndənin seçilməsi ilə tamamlanıb. Qərara alınıb ki, konfransda “Sumqayıt Texnologiyalar Parkı”nı təşkilat sədri Zirəddin İsmayılov, icraçı direktor İdris Mustafayev və Kabel Zavodunun sahə rəisi Yusif Əhmədov təmsil etsin.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi