Azərbaycan Respublikasının Prezidenti
"Report" xəbər verir ki, sərəncamla Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması işlərinin görülməsi məqsədilə Prezidentin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 6 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.