Sosial Tədqiqatlar Mərkəzinin nizamnamə fondu 100 min manat müəyyən edilib

Sosial Tədqiqatlar Mərkəzinin nizamnamə fondu 100 min manat müəyyən edilib Sosial Tədqiqatlar Mərkəzinin nizamnamə fondu 100 min manat müəyyən edilib.
Daxili siyasət
12 Aprel , 2019 16:30
Sosial Tədqiqatlar Mərkəzinin nizamnamə fondu 100 min manat müəyyən edilib
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Zahid Oruc / Report

Sosial Tədqiqatlar Mərkəzinin nizamnamə fondu 100 min manat müəyyən edilib.

“Report” xəbər verir ki, bu, “Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsi”ndə əksini tapıb.

Sənədə əsasən, mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə etdiyi gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitlərdən formalaşır.

Mərkəz öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.

Qurum qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Mərkəzin, onun idarə, filial və nümayəndəliklərinin, habelə təsərrüfat cəmiyyətlərinin fəaliyyətindən əldə edilmiş mənfəəti üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

Mərkəzin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucdur.

Son xəbərlər

Orphus sistemi