Siyavuş Novruzov: “Girirsən yeraltı dayanacaqlara, görürsən siçanlar oynayır, maşın yoxdur”

Siyavuş Novruzov: “Girirsən yeraltı dayanacaqlara, görürsən siçanlar oynayır, maşın yoxdur” Komitə əsdri: "Dövlətin tikdiyi dayanacaqlarda qiymətlər tənzimlənməlidir"
Daxili siyasət
16 Dekabr , 2016 14:13
Siyavuş Novruzov: “Girirsən yeraltı dayanacaqlara, görürsən siçanlar oynayır, maşın yoxdur”

Bakı. 16 dekabr. REPORT.AZ/ “Dövlətin tikdiyi xeyli yeraltı dayanacaqlar var. Amma bəziləri avtomobillərini həmin dayanacaqlarda saxlamır. Çünki qiymətləri bahadır”. 

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, dayanacaqlarda qiymətlər tənzimlənməlidir: “Girirsən içəri, görürsən ki, siçanlar oynayır, maşın yoxdur. Saatına bir manat alırlar. Əgər hər gün orada avtomobil saxlayırsansa, aylıq minumum 200 manat edir. Bu qiymətləri tənzimləmək lazımdır”.

Milli Məclisin sədri Oqtay Əsədov da S.Novruzovun dediklərinin araşdırılmasını təklif edib.

Son xəbərlər

Orphus sistemi