Siyavuş Novruzov: "Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusları ilə bağlı çatışmazlıqlar aradan qaldırılmalıdır"

Siyavuş Novruzov: "Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusları ilə bağlı çatışmazlıqlar aradan qaldırılmalıdır" Komitə sədri xarici ölkələrdə olan diplomatik korpuslara diqqətin artırılmasını təklif edib
Daxili siyasət
7 Dekabr , 2016 14:06
Siyavuş Novruzov: Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusları ilə bağlı çatışmazlıqlar aradan qaldırılmalıdır

Bakı. 7 dekabr. REPORT.AZ/ "Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarına diqqət artırılmalı və bu sahədəki çatışmazlıqlar aradan qaldırılmalıdır".

"Report" xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib. 

Parlamentdə gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı danışan S.Novruzov bildirib ki, diplomatik korpusların açılması Milli Məclisin qərarı ilə olub: "Hansı ölkəyə deyə bilərik ki, biz bu ölkədə korpusu bağlayırıq. Deməliyik, vəsait çatmır, ona görə qapadırıq? Bu sahəyə diqqət artırılmalıdır”.

S.Novruzov qeyd edib ki, aztəminatlı ailələr nəzərə alınmalıdır, onların güzəranı yaxşılaşdırılmalıdır: “Azərbaycan sosial dövlətdir. Bundan başqa, kiçik və orta sahibkarlığa dəstək verilməlidir, kiçik sahibkarlıq vergidən azad olunmalı, orta sahibkarlıqla bağlı vergi dərəcələri azadılmalıdır”.

Son xəbərlər

Orphus sistemi