​Azərbaycanda siyasi partiyalar hesabatlarını MSK-ya təqdim edəcək

​Azərbaycanda siyasi partiyalar hesabatlarını MSK-ya təqdim edəcək “Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası”nda dəyişiklik olunub
Daxili siyasət
12 Fevral , 2015 09:20
​Azərbaycanda siyasi partiyalar hesabatlarını MSK-ya təqdim edəcək

Bakı. 12 fevral. REPORT.AZ/ Nazirlər Kabineti “Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası”nda dəyişiklik edib.

“Report”un xəbərinə görə, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb. Dəyişikliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir.

Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Qeyd edək ki, əvvəllər siyasi partiyalar üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, Maliyyə Nazirliyinə təqdim edirdilər.

Son xəbərlər

Orphus sistemi