Yuxarı

Şimal-qərb bölgəsində ulu öndərin anım mərasimi keçirilib - VİDEO

Şimal-qərb bölgəsində ulu öndərin anım mərasimi keçirilib

Şəki rayonunda ümummilli liderin əziz xatirəsi ehtiramla yad ediib.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, xalqımızın böyük oğlu, zəmanəmizin görkəmli siyasi xadimi, Heydər Əliyevin vəfatının on altıncı ildönümü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər, anım mərasimləri keçirilib. Anım günü münasibəti ilə rayonda müsabiqələr, sərgilər təşkil olunub. Bu tədbirlərdə bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr edən ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin müxtəlif məqamlarına toxunulub, ulu öndərin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən geniş bəhs edilib.

Səhər saatlarından başlayaraq şəhər rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, müharibə və əmək veteranları, ictimaiyyətin nümayəndələri ulu öndərin Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısındakı abidəsini ziyarət edib, abidə önünə əklillər və gül dəstələri düzərək xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.


***

Zaqatala rayonunda Heydər Əliyevin vəfatının il dönümü qeyd olunub.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının on altıncı ildönümü ilə əlaqədar rayonda ümümrayon anım mərasimi keçirilib.

Səhər saatlarından başlayaraq Rayon İcra hakimiytinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisələr, təşkilatların rəhbərləri və ictimaiyyətin nümayəndələri ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Ulu öndərin anım günü ilə əlaqədar rayon məktəblilərinin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunub. Ulu öndərin zəngin irsinin daha dərindən öyrənilməsinə və təbliğ edilməsinə nail olmaq məqsədi ilə təşkil olunan ekskursiya zamanı məktəblilər, həmçinin Mərkəzin kinozalında Heydər Əliyevə həsr olunan sənədli filmi izləyib, burada fəaliyyət göstərən elektron kitabxana, bədii qiraət, rəqs, toxuculuq, xarici dil və digər dərnəklərin işi ilə yaxından tanış olublar.


***

Qax rayonunda da ulu öndərin xatirəsi yad edilib.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, ümummilli lideri yad edən qaxlılar dahi şəxsiyyətə ehtiramlarını göstəriblər.

Belə ki, səhər saatlarından başlayaraq rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, müharibə və əmək veteranları, ictimaiyyətin nümayəndələri ulu öndərin rayon mərkəzində ucaldılan əzəmətli abidəsini ziyarət edib, önünə əklillər və gül dəstələri düzərək xatirəsini böyük hörmət və ehtiramla yad ediblər, səhər saatlarından başlayaraq ulu öndərin Qax şəhərində ucaldılmış abidəsi ətrafına axın ediblər.

Anım mərasimi axşam saatlarına qədər davam edib və gün ərzində Qax şəhəri ilə yanaşı rayonun kəndlərindən də minlərlə sakin rayon mərkəzinə axın edərək dahi şəxsiyyətin abidəsini ziyarət ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi