Şeyxülislam Allahşükür Paşazadə: "İslam dinindən istifadə edib neqativ hadisələr törədən insanlar qınanmalıdır"

Şeyxülislam Allahşükür Paşazadə: "İslam dinindən istifadə edib neqativ hadisələr törədən insanlar qınanmalıdır" "Azərbaycandan başqa ölkələrə gedib müxtəlif qruplara qoşulanlar var"
Daxili siyasət
24 Oktyabr , 2015 12:44
Şeyxülislam Allahşükür Paşazadə: İslam dinindən istifadə edib neqativ hadisələr törədən insanlar qınanmalıdır

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Azərbaycandan başqa ölkələrə gedib müxtəlif qruplara qoşulanlar var. Onlara başa salmaq lazımdır ki, addımları doğru deyil".

"Report"un məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, İslam dinindən istifadə edib müxtəlif neqativ hadisələr törədən insanlar qınanmalıdır, çünki onlar başqa dövlətlərin təsiri altına düşürlər: "İslam dini adından istifadə edib mənfi işlər etmək olmaz. Dində qan tökmək haramdır".

Şeyxülislam Aşura günündə zəncirvurmanın düzgün olmadığını da qeyd edib: "Qanı hədər yerə axıtmaq olmaz".

Son xəbərlər

Orphus sistemi