ŞƏT: Azərbaycanda keçirilən seçkiləri şəffaf, etibarlı və demokratik sayırıq

ŞƏT: Azərbaycanda keçirilən seçkiləri şəffaf, etibarlı və demokratik sayırıq ŞƏT təşkilat tarixində ilk dəfə Azərbaycana müşahidəçilər missiyası göndərib
Daxili siyasət
12 Aprel , 2018 12:35
ŞƏT: Azərbaycanda keçirilən seçkiləri şəffaf, etibarlı və demokratik sayırıq

Bakı. 12 aprel. REPORT.AZ/ "Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) missiyası Azərbaycanda keçirilmiş prezident seçkilərini qanuni şəffaf, etibarlı və demokratik sayır".

"Report" xəbər verir ki, bunu ŞƏT-in Baş katibi Rəşid Əlimov mətbuat konfransında deyib.

O bildirib ki, ŞƏT təşkilat tarixində ilk dəfə Azərbaycan Respublikasına müşahidəçilər missiyası göndərib.

Missiya Azərbaycanda keçirilmiş prezident seçkilərinin müşahidəsi prosesində geniş beynəlxalq iştirakın, habelə yerli müşahidəçilərin yüksək fəallığının olduğunu qeyd edib.

"Azərbaycanda prezident seçkiləri ölkənin seçki qanunvericiliyinin tələblərinə və ölkənin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun şəkildə keçirilib. Milli qanunvericiliyin normalarının pozulması, seçkilərin legitimliyini şübhə altına sala biləcək hallar missiyamız tərəfindən müşahidə edilməyib", - ŞƏT baş katibi bildirib.

Son xəbərlər

Orphus sistemi