Yuxarı

Avrasiya Patent Təşkilatı çərçivəsində sənaye nümunəsi üzrə iddia sənədinin ekspertizası müddəti azaldılıb

Sənaye nümunəsi üzrə iddia sənədinin ekspertizası müddəti azaldıldı

Bakı. 20 dekabr. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskva şəhərində Avrasiya Patent Təşkilatı (APT) çərçivəsində sənaye nümunələrinin qorunması sisteminin yaradılması üzrə işçi qrupunun 4-cü iclası keçirilib.

Azərbaycan Əqli Mülkiyyət Agentliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, APT-nin İnzibati Şurasının tapşırığı ilə keçirilən toplantıya Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın nümayəndələri qatılıb.

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktor müavini Emil Məmmədov da iclasda iştirak edib.

Toplantıda APT çərçivəsində sənaye nümunəsi üzrə iddia sənədinin ekspertizası müddətinin azaldılması məsələsi və bir sıra digər dəyişikliklər müzakirə edilib və razılaşdırılıb. İşçü qrupunun qərarı ilə dəyişikliklərlə birlikdə razılaşdırılmış sənaye nümunələrinin qorunmasına dair Protokol dövlətdaxili prosudarların aparılması üçün APT üzv ölkələrinə göndərilməsi tövsiyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi