Şəmkir rayonuna 2 milyon manat ayrılıb

Şəmkir rayonuna 2 milyon manat ayrılıb Maliyyə Nazirliyinə müvafiq maliyyələşməni təmin etmək tapşırılıb
Daxili siyasət
17 Noyabr , 2014 19:24
Şəmkir rayonuna 2 milyon manat ayrılıb
Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncama əsasən, Şəmkir rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Şəmkir Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi